İsrail ordusu Fələstin radiosunu bağlayıb

İsrail ordusu Fələstin radiosunu bağlayıb Bu, hərbçilərin bir ay içində bağladığı ikinci Fələstin radiosudur
Digər ölkələr
21 Noyabr , 2015 20:09
İsrail ordusu Fələstin radiosunu bağlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Hebron şəhərinə reyd zamanı Fələstin radiosunu bağlayıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu, hərbçilərin bir ay içində bağladığı ikinci Fələstin radiosudur.

Əl-Xəlil radiosu ötən axşam 6 ay müddətinə qapadılıb.

Ordu radionu İsrail vətəndaşlarına qarşı terror və zorakılığa təhrikdə ittiham edib.

Fələstin höküməti İsrailin hərəkətini pisləyərək, bunu beynəlxalq hüququn pozulması adlandırıb.

Son iki ayda artan gərginlik fonunda onlarla fələstinli və israilli öldürülüb.

Son xəbərlər

Orphus sistemi