​İsrail hökuməti polisə yardım etmək məqsədilə ordu qüvvələrini cəlb edib

​İsrail hökuməti polisə yardım etmək məqsədilə ordu qüvvələrini cəlb edib Kabinet üzvləri 3 israillinin həyatına son qoyan Qüdsdə törədilən 2 terror aktından sonra təcili iclas keçirib
Digər ölkələr
14 Oktyabr , 2015 12:10
​İsrail hökuməti polisə yardım etmək məqsədilə ordu qüvvələrini cəlb edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ İsrail hökuməti şəhərlərdə asayişi qorumaq məqsədilə ordu hissələrini cəlb etmək qərarına gəlib və polisə şəhərin müəyyən ərazilərində blokada tətbiq etmək hüququ verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı müvafiq tövsiyələri çərşənbə gününə keçən gecə hərbi-siyasi kabinet təsdiq edib. Kabinet üzvü olan əsas nazirlər və güc strukturları rəhbərləri 3 israillinin həyatına son qoyan Qüdsdə törədilən 2 terror aktından sonra təcili iclasa toplaşıblar.

"Təhlükəsizliyin təmin olunması ilə bağlı İsrail polisinə Qüdsdə gərginlik və qarşıdurma ocaqlarında blokada tətbiq etmək hüququ verilib", - kabinetin qərarında deyilir.

Son xəbərlər

Orphus sistemi