Bakı. 2 oktyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahunun xanım müşaviri 38 yaşlı Perax Lerner dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, məsələ ilə bağlı istintaq davam edir.
İddia olunur ki, P.Lernerin ictimai nüfuzundan əri Avi Lernerin işgüzar maraqların təmin olunmasında yararlanıb.
Qeyd edək ki, Perax Lerner 2009-cu ildən Binyamin Netanyahunun qanunvericilik və parlament fəaliyyəti üzrə müşaviridir. O, hökumət başçısının dəftərxanası ilə parlament (knesset) arasında əlaqələrə görə cavabdehdir.