Bakı. 21 aprel. REPORT.AZ/ İspaniyanın Liviyanın paytaxtı Tripolidə yerləşən səfirliyinin binası qarşısında partlayış baş verib.
"Report" xəbər verir ki, ilkin məlumata görə, insident nəticəsində zərərçəkən olmayıb.
Bildirilir ki, İspaniya hakimiyyəti Tripolidə hökumət qoşunları ilə terrorçular arasında silahlı toqquşmalar başladığı dövrdən öz diplomatlarını bu ölkədən çıxarıb.
İnsidentə görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması öz üzərinə götürüb. Ekstremistlər müvafiq bəyanatla sosial şəbəkələrdə çıxış ediblər.