İspaniyada restoranda partlayış baş verib, 74 nəfər xəsarət alıb - FOTO

İspaniyada restoranda partlayış baş verib, 74 nəfər xəsarət alıb - FOTO Yaralıların hamısı xəstəxanalara yerləşdirilib
Digər ölkələr
2 Oktyabr , 2016 00:52
İspaniyada restoranda partlayış baş verib, 74 nəfər xəsarət alıb - FOTO

Bakı. 2 oktyabr. REPORT.AZ/ İspaniyada restoranlardan birində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Cadena Ser" radiostansiyası xəbər yayıb.

Məlumata görə, hadisə Veles-Malaqada, yerli vaxtla saat 19:00-da qeydə alınıb. Hadisə nəticəsində 74 nəfər xəsarət alıb. Partlayışa qaz balonunun səbəb olduğu bildirilir.

Xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi