​İspaniyada keçirilən seçkilərdə hakim partiya qalib gəlib

​İspaniyada keçirilən seçkilərdə hakim partiya qalib gəlib Lakin Xalq partiyası qanunverici orqanda mütləq əksəriyyəti itirib
Digər ölkələr
21 Dekabr , 2015 05:31
​İspaniyada keçirilən seçkilərdə hakim partiya qalib gəlib

Bakı. 21 dekabr. REPORT.AZ/ Son 4 ildə İspaniyada hakimiyyətdə olan sağçı Xalq partiyası parlament seçkilərində qalib gəlib, lakin qanunverici orqanda mütləq əksəriyyəti itirib.

"Report" xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin saytında dərc olunan səsverməyə dair ilkin məlumatlar deməyə əsas verir.

Səslərin 16 faizinin hesablanmasına görə, Xalq partiyası parlamentdə 118 mandat alacaq. Mandatlara görə ikinci yeri İspaniya Sosialist Fəhlə Partiyası (97 mandat), üçüncü yeri "Podemos" (63), dördüncü yeri isə "Vətəndaşlar" sağmərkəzçi partiya (27) tutur.

Son xəbərlər

Orphus sistemi