İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində insident qeydə alınmayıb

İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində insident qeydə alınmayıb Aşağı palatada yer qazanmaq uğrunda 545 namizəd, senatdakı 208 yer uğrunda isə 585 nəfər mübarizə aparır
Digər ölkələr
26 İyun , 2016 17:09
İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində insident qeydə alınmayıb

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində hər hansı insident qeydə alınmayıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 9:00da start verilən səsvermələr axşam saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) başa çatacaq.

Hazırda ispan seçicilərinin aşağı palataya - konqresə və yuxarı palataya - Senata namizəd seçkisi davam edir. Qeyd edək ki, seçkilərdə aşağı palatada yer qazanmaq uğrunda 545 namizəd (cəmi 350 yer), senatdakı 208 yer uğrunda isə 585 nəfər mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi