İspaniyada güclü zəlzələ baş verib

İspaniyada güclü zəlzələ baş verib Birinci zəlzələnin ocağı Mərakeşin Tiranimina şəhərindən 50 km şimalda 10 km dərinlikdə yerləşib
Digər ölkələr
25 Yanvar , 2016 10:07
İspaniyada güclü zəlzələ baş verib

Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyanın Melile və Mərakeşin Tiranimnie, habelə Cəbəllütariq bölgəsində səhər saatlarında 6,2 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Birinci zəlzələnin ocağı Mərakeşin Tiranimina şəhərindən 50 km. şimalda 10 km. dərinlikdə yerləşib.

Bir saat ərzində ikinci zəlzələ isə Qara dənizdə qeydə alınıb. Buradakı yeraltı təkanların gücü 5,3 bal olub. 

Zəlzələnin yaratdığı fəsadlar haqda məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi