Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın Malaqa şəhəri sahillərində qayığın qəzaya uğraması nəticəsində 39 nəfər itkin düşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, göyərtəsində 54 nəfərin olduğu gəmi Mərakeşdən İspaniyaya üzürmüş.
Qəza oktyabrın 28-i axşam baş verib. Xilas edilənlər arasında 13 kişi və 2 qadın var. İtkin düşənlərin axtarışı davam etdirilir.