İspaniya XİN: Madrid Türkiyənin Aİ-yə daxil olmaq təşəbbüsünü dəstəkləyir

İspaniya XİN: Madrid Türkiyənin Aİ-yə daxil olmaq təşəbbüsünü dəstəkləyir İspaniya Türkiyəni terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə çağırır
Digər ölkələr
28 Yanvar , 2015 12:36
İspaniya XİN: Madrid Türkiyənin Aİ-yə daxil olmaq təşəbbüsünü dəstəkləyir

Bakı. 28 yanvar. REPORT.AZ/ İspaniya Türkiyəni terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə çağırır.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo Türkiyənin Aİ ilə işlər üzrə naziri Volkan Bozkirlə Madriddə keçirdiyi görüşü zamanı bildirib.   

İspaniya XİN rəhbəri Türkiyənin Yaxın Şərqdə münaqişələrin həllində mühüm rolunu qeyd edib və bu ölkənin Suriya və İraqdan yüzminlərlə qaçqınların qəbulu və yerləşdirilməsində göstərdikləri səyləri yüksək qiymətləndirib. 

Nazirlər Orta Asiya və digər regionlarda birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq perspektivlərini  müzakirə ediblər.

Qarsiya-Marqalyo İspaniya hökumətinin Türkiyənin Aİ-yə daxil olmaq təşəbbüsünü dəstəklədiyini deyib  və bu təşəbbüsün reallaşması üçün hərtərəfli yardım edəcəyini bildirib.  

Son xəbərlər

Orphus sistemi