​İspaniya şirkəti həşərat sancmasından qoruyacaq geyim icad edib

​İspaniya şirkəti həşərat sancmasından qoruyacaq geyim icad edib Geyim 95% ağcaqanad və digər həşəratların sancmasından müdafiə edir
Digər ölkələr
19 Avqust , 2015 07:38
​İspaniya şirkəti həşərat sancmasından qoruyacaq geyim icad edib

Bakı. 19 avqust. REPORT.AZ/ İspaniyanın "STINGBye" şirkəti həşəratların sancmasından qoruyacaq geyim icad edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, perpetrin vasitəsilə adi geyim növü insanları ağcaqanad və digər həşəratlardan müdafiə edəcək.

İspan şirkəti dörd ildir həşəratlardan qoruyacaq geyim növünün icadı ilə məşğul idi. Çoxsaylı beynəlxalq miqyaslı laborator eksperimentlər aparılıb. Nəticədə məlum olub ki, bu geyim növü 95% nəinki ağcaqanadlar, hətta digər həşəratların sancmasından da müdafiə edir.

Geyim Afrika və Asiyaya səfər etməyə hazırlaşan insanlar üçün faydalı olacaq və həşəratlardan keçən çoxsaylı xəstəliklərdən müdafiə edəcək.

İspaniyanın 80 apteki eksperimentdə iştirak edib və qoruyucu geyimi satışa çıxarıb. 

Son xəbərlər

Orphus sistemi