İspaniya polisi ölkənin hakim partiyasının qərargahında əməliyyat keçirib

İspaniya polisi ölkənin hakim partiyasının qərargahında əməliyyat keçirib Əməliyyata səbəb PP-nin maliyyələşməsində qanunazidd halların olmasında şübhələrdir
Digər ölkələr
12 Fevral , 2016 03:39
İspaniya polisi ölkənin hakim partiyasının qərargahında əməliyyat keçirib

Bakı. 12 fevral. REPORT.AZ/ İspaniyanın hüquq mühafizə orqanları Baş nazir səlahiyyətlərini icra edən Mariano Raxoyun rəhbərlik etdiyi Xalq Partiyasının (PP) Madriddəki qərargahında xüsusi əməliyyat keçirib.

Xəbərdarlıqsız gələn mülki qvardiya əməkdaşları partiyanın Madrid ofisinin rəhbəri Beltran Qutiyerez Molinerin iş kompüterini və sənədlərini yoxlayıb. Mətbuata sızan məlumatlarda hətta bəzi sənədlərin və kompüterin polislər tərəfindən aparıldığı deyilir. Polis paralel olaraq PP ilə sıx əlaqələri olan bir neçə şirkətin ofisinə də baş çəkib.

Əməliyyata səbəb PP-nin maliyyələşməsində qanunazidd halların olmasında şübhələrdir.

Son xəbərlər

Orphus sistemi