İspaniya parlamenti sosialistlərin liderini baş nazir postuna təsdiq etməyib

İspaniya parlamenti sosialistlərin liderini baş nazir postuna təsdiq etməyib Pedro Sançesin "lehinə" 130, "əleyhinə" isə 219 parlamentari səs verib
Digər ölkələr
3 Mart , 2016 00:40
İspaniya parlamenti sosialistlərin liderini baş nazir postuna təsdiq etməyib

Bakı. 3 mart. REPORT.AZ/ İspaniyanın Deputatlar Konqresi (Aşağı Palata) İspaniya Sosialist Fəhlə Partiyasının (İSFP) baş katibi Pedro Sançesi hökumətin sədri vəzifəsinə təsdiq etməyib.

"Report" xəbər verir ki, 350 yerlik Konqresdə baş tutan səsvermə zamanı İSFP liderinin "lehinə" 130, "əleyhinə" isə 219 deputat səs verib, daha bir nəfər bitərəf qalıb.

Sançesə seçilmək üçün mütləq əksəriyyətin, yəni Konqresin 176 üzvünün dəstəyi lazım idi.

Martın 4-də Sançesin namizədliyi üzrə səsvermənin 2-ci turu olacaq.

Son xəbərlər

Orphus sistemi