​İspaniya 17 mindən artıq miqrant qəbul edəcək

​İspaniya 17 mindən artıq miqrant qəbul edəcək Ölkə hakimiyyəti Avropa Komissiyasının kvotası ilə razılaşıb
Digər ölkələr
10 Sentyabr , 2015 05:55
​İspaniya 17 mindən artıq miqrant qəbul edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ İspaniya hakimiyyəti sentyabrın 9-da Avropa Komissiyası tərəfindən təklif olunan və 14 min 931 mühacirə sığınacaq verilməsini nəzərdə tutan mühacir qəbulu üzrə kvota ilə razılaşıb.

"Report" xəbər verir ki, bu barədə Qərb mətbuatının məlumatında bildirilir.

Belə olan halda, İspaniya Madridin hələ cari ilin iyul ayında qəbul etdiyi 2 min 749 nəfər də daxil olmaqla cəmi 17 min 680 qaçqına sığınacaq vermiş olacaq.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, Krallıq yaxın beş il ərzində 20 minədək suriyalı qaçqını qəbul etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi