İspan polisi Dominikan Respublikasının baş narkoticarətçisini həbs edib

İspan polisi Dominikan Respublikasının baş narkoticarətçisini həbs edib Xesus Paskual Kabrera Ruis Dominikanın ən çox axtarılan cinayətkarı olub
Digər ölkələr
23 Aprel , 2016 00:15
İspan polisi Dominikan Respublikasının baş narkoticarətçisini həbs edib

Bakı. 23 aprel. REPORT.AZ/İspan polisi Dominikan Respublikasının baş narkoticarətçisini həbs edib. "Report" xəbər verir ki, Xesus Paskual Kabrera Ruis Dominikanın ən çox axtarılan cinayətkarı olub.

O, Karib regionunun bu ölkəsinin ən təhlükəli narkotik ticarətçisi hesab edilib. Narkoticarətçiyə baxış keçirilərkən onun üzərindən guya Kosta-Rika vətəndaşı olmasına dair saxta sənəd aşkarlanıb.

İnterpol xətti ilə axtarışda olan Kabrera iki il əvvəl Dominikan Respublikasını gizli şəkildə tərk edib.

Son xəbərlər

Orphus sistemi