Bakı. 5 yanvar. REPORT.AZ/ İslandiya Avropa İttifaqına daxil olmaq üçün təqdim etdiyi ərizəsini rəsmi olaraq geri götürməyi planlaşdırır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla "Bylgjan" radiostansiyasının efirində ölkənin baş naziri Siqmündür David Qünnleyqsson çıxış edib.
Baş nazir ərizəni 2015-ci ilin əvvəlində geri götürməyə hazırlaşdığını qeyd edib.