İslam Dövləti yaraqlıları arasında Qazaxıstandan 150 qadın var

İslam Dövləti yaraqlıları arasında Qazaxıstandan 150 qadın var "İslam Dövləti"-nə qatılan Qazaxıstan vətəndaşlarından xüsusi "camaat" formalaşdırılıb
Digər ölkələr
18 Noyabr , 2014 23:37
İslam Dövləti yaraqlıları arasında Qazaxıstandan 150 qadın var
Bakı. 18 noyabr. REPORT.AZ/ Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi noyabrın 18-də bildirib ki, "İslam Dövləti" yaraqlıları arasında vuruşan Qazaxıstan vətəndaşlarının sayı 300-dən çoxdur.

Report xəbər verir ki, Komitənin sədri Nurtai Abıkayev Astanada MDB ölkələrindən olan həmkarları ilə görüşdə deyib ki, İraq və Suriyada İD yaraqlıları arasında vuruşan qazaxların yarısı qadındır.

Abıkayevin sözlərinə görə "İslam Dövləti"-nə qatılan Qazaxıstan vətəndaşlarından xüsusi "camaat" formalaşdırılıb. Ümumiyyətlə isə Suriya və İraqa vuruşmaq üçün 80 ölkənin sakini yollanıb.

Son xəbərlər

Orphus sistemi