"İslam Dövləti" qruplaşmasında xarici yaraqlıların sayı 15 min nəfərə çatıb

"İslam Dövləti" qruplaşmasında xarici yaraqlıların sayı 15 min nəfərə çatıb BMT Təhlükəsizlik Şurasının hesablamalarına görə, İraq və Suriyada radikal qruplaşmalara qoşulmaq istəyən əcnəbilərin sayı görünməmiş həddə çatıb
Digər ölkələr
31 Oktyabr , 2014 17:59
İslam Dövləti qruplaşmasında xarici yaraqlıların sayı 15 min nəfərə çatıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ İraq və Suriyada "İslam Dövlət" qruplaşması tərəfindən vuruşan xarici yaraqlıların sayı 15 min nəfərə çatıb. "Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının məruzəsində deyilir. 

Məruzədəki məlumata əsasən, yaraqlılar dünyanın 80-dən artıq ölkəsindən gəliblər. 

Ölkələrin tam siyahısı göstərilməsə də, toqquşmalarda Fransa, Rusiya və Böyük Britaniya vətəndaşlarının iştirak etdiyi də bildirilib. 

BMT Təhlükəsizlik Şurasının hesablamalarına görə, İraq və Suriyada radikal qruplaşmalara qoşulmaq istəyən xarici vətəndaşların sayı görünməmiş həddə çatıb.

Son xəbərlər

Orphus sistemi