İslam Dövləti Kobanidə hücumları davam etdirir

İslam Dövləti Kobanidə hücumları davam etdirir İslam Dövləti döyüşçüləri azı 146 nəfəri qətlə yetirib
Digər ölkələr
26 İyun , 2015 18:43
İslam Dövləti Kobanidə hücumları davam etdirir

Bakı. 26 İyun. REPORT.AZ/ Suriyada kürdlərin nəzarət etdiyi Kobani şəhərinə hücum zamanı İslam Dövləti döyüşçüləri azı 146 nəfəri qətlə yetirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, döyüşlər cümə axşamından davam edir.

"İslam Dövləti" döyüşçüləri hazırda Kobaninin üç rayonunda gizlənirlər. Onların orada əsir tutduqları güman edilir. Onlarla "İslam Dövləti" döyüşçüsü də öldürülüb.

Suriyada 2011-ci ilin mart ayında başlayan və hələ də davam edən döyüşlər nəticəsində 220 min insan həlak olub.

Son xəbərlər

Orphus sistemi