​İŞİD və "Taliban" bir-biri ilə müharibəyə başlaya bilər

​İŞİD və "Taliban" bir-biri ilə müharibəyə başlaya bilər Terror qruplaşmaları bir-birlərinə qarşı "cihad" elan ediblər
Digər ölkələr
20 Aprel , 2015 22:10
​İŞİD və Taliban bir-biri ilə müharibəyə başlaya bilər

Bakı. 20 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) və "Taliban" terror qruplaşmaları bir-biri ilə müharibəyə başlaya bilər.

"Report" xəbər verir ki, bu barədə Hilmənd əyalətinin polis rəisi Nəbi Jan Mulahhilə istinadən "Khaama Press" məlumat yayıb.

Onun sözlərinə görə, terror qruplarının bir-birlərinə "cihad" elan etdikləri sənədlər tapılıb.

Həmçinin qeyd olunur ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi "Taliban" lideri Məhəmməd Öməri "səfeh və səriştəsiz hərbi rəhbər" adlandırıb.

Son xəbərlər

Orphus sistemi