​İŞİD iki jurnalisti edam edib

​İŞİD iki jurnalisti edam edib Tunis hakimiyyəti xəbəri hələ ki, təsdiq etməyib.
Digər ölkələr
9 Yanvar , 2015 00:23
​İŞİD iki jurnalisti edam edib

Bakı. 9 yanvar. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının Liviyada fəaliyyət göstərən qanadı Tunisdən olan iki jurnalistin edam edilməsi barədə xəbər yayıb.

"Report" xəbər verir ki, terrorçular 2014-cü ilin sentyabrında itkin düşmüş Sofyen Şurabi və Nadir Ktarinin şəkillərini də yayıblar.

Tunis hakimiyyəti göstərilən jurnalistlərin öldüyünü hələ ki, təsdiq etməyib.

Son xəbərlər

Orphus sistemi