​İŞİD terrorçuları Suriyada ikisi uşaq olmaqla 6 dinc sakini edam ediblər

​İŞİD terrorçuları Suriyada ikisi uşaq olmaqla 6 dinc sakini edam ediblər Onlar insanları Mənbic şəhərindən qaçmaq istədiklərinə görə güllələyiblər
Digər ölkələr
19 İyun , 2016 12:53
​İŞİD terrorçuları Suriyada ikisi uşaq olmaqla 6 dinc sakini edam ediblər

Bakı. 19 iyun. REPORT.AZ/ İŞİD terrorçuları kürdlərin mühasirəsində olan Suriyanın Mənbic şəhərindən qaçmaq cəhdinə görə ikisi uşaq olmaqla bir ailənin 6 üzvünü güllələyiblər.

"Report" xəbər verir ki, bu barədə yerli fəala istinadən Kürdistan Vətənpərvərlik İttifaqının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, onlar digər yerli sakinləri qorxutmaq məqsədi ilə yüzlərlə insanın gözü qarşısında edam olunublar.

Hazırda əsasını kürd könüllülərinin təşkil etdiyi "Suriya demokratik qüvvələri" müxalifət qruplaşması beynəlxalq koalisiyanın havadan dəstəyi ilə Mənbicə hücuma keçib.

Mənbic terrorçuların silah və əlavə dəstək aldıqları mühüm logistika mərkəzlərindən biridir.

Son xəbərlər

Orphus sistemi