​İŞİD terrorçuları Suriyada 26 dinc sakini edam ediblər

​İŞİD terrorçuları Suriyada 26 dinc sakini edam ediblər Onlar yerli sakinləri Suriya rejiminə dəstəkdə ittiham ediblər
Digər ölkələr
14 May , 2015 21:29
​İŞİD terrorçuları Suriyada 26 dinc sakini edam ediblər

Bakı. 14 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları Palmir şəhərinin 26 dinc sakinini edam ediblər.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.

Məlumata görə, onlardan 10 nəfərinin başı kəsilib. Həmçinin bildirilir ki, silahlılar yerli sakinləri Suriya rejiminə dəstək göstərməkdə ittiham ediblər.

Son xəbərlər

Orphus sistemi