​İŞİD terrorçuları Liviyada 21 xristianı edam edib

​İŞİD terrorçuları Liviyada 21 xristianı edam edib Onlar bütün xristianları məhv edəcəklərinə vəd veriblər
Digər ölkələr
16 Fevral , 2015 01:33
​İŞİD terrorçuları Liviyada 21 xristianı edam edib

Bakı. 16 fevral. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının silahlıları Liviyada 21 balıqçının edam səhnəsinin görüntülərini yayıblar.

"Report" xəbər verir ki, balıqçılar Aralıq dənizi sahillərində edam edilib.

Məlumata görə, narıncı paltar geyindirilən əsirlər Misir xristian kilsəsinin nümayəndələri olublar.

Videoda qara geyimli terrorçulardan biri "dənizin o tayında olan" bütün xristianları məhv edəcəkləri və sağ qalanları qula çevirəcəkləri ilə təhdid edib.

Daha sonra bütün əsirlərin başı kəsilib.

Son xəbərlər

Orphus sistemi