​İŞİD terrorçuları Hələbdə kimyəvi silah tətbiq ediblər

​İŞİD terrorçuları Hələbdə kimyəvi silah tətbiq ediblər Ən azı 20 nəfər zərər çəkib
Digər ölkələr
16 Avqust , 2016 23:23
​İŞİD terrorçuları Hələbdə kimyəvi silah tətbiq ediblər

Bakı. 16 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvləri Suriyanın Hələb şəhərinin yaşayış rayonlarında kimyəvi silah tətbiq ediblər, ən azı 20 nəfər zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Press TV" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, silahlılar çərşənbə axşamı Hələbin şimal-qərbində hökumətin nəzarətində olan ərazidə iprit qazı tətbiq ediblər. Bildirilir ki, hücum zamanı yaraqlılar minaatanlardan istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi