Suriyada terrorçuların hücumu nəticəsində 250-dən çox insan ölüb

Suriyada terrorçuların hücumu nəticəsində 250-dən çox insan ölüb İŞİD yaraqlıları şənbə günü Deyr-əz-Zor şəhərinə hücum ediblər
Digər ölkələr
17 Yanvar , 2016 09:56
Suriyada terrorçuların hücumu nəticəsində 250-dən çox insan ölüb

Bakı. 17 yanvar. REPORT.AZ/ İŞİD terrorçuları ("İraq-Şam İslam Dövləti") ötən gün axşam saatlarında hökumət qüvvələrinin nəzarəti altında olan Deyr-əz-Zor şəhərinə hücum ediblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücum nəticəsində ordu qüvvələri və onların ailələri də daxil olmaqla ən azı 250 nəfər həyatını itirib.

Eyni zamanda Böyük Britaniyada təsis olunan Suriyada İnsan Haqları üzrə Rəsədxana onlarla insanın öldüyünü məlumat verib.

"Biz ən azı 60 nəfərin öldüyünü təsdiq edə bilərik, lakin ölənlərin real sayı çox ola bilər. Dəqiq informasiya əldə etmək çətindir, lakin onlarla insan həyatını itirib", — deyə Rəsədxana nümayəndəsi bildirib.

Deyr-əz-Zor terrorçularla qarşıdurmada əsas şəhərlərdən biridir. Çünki bu şəhər mahiyyət etibarı ilə İŞİD-in Əl-Raqqadakı formal paytaxtının İraqda terrorçuların nəzarəti altında olan ərazilərlə birbaşa əlaqəsinə mane olan yeganə əngəldir.

Son xəbərlər

Orphus sistemi