​İŞİD suriyalı 4 futbolçunun başını kəsib

​İŞİD suriyalı 4 futbolçunun başını kəsib Terrorçular gəncləri əhalinin gözü qarşısında öldürüblər
Digər ölkələr
10 İyul , 2016 15:09
​İŞİD suriyalı 4 futbolçunun başını kəsib

Bakı. 10 iyul. REPORT.AZ/ İŞİD terrorçu qruplaşması Suriyanın Rakka şəhər futbol klubunun dörd oyunçusunun başını kəsib.

"Report" TASSa istinadən xəbər verir ki, bu haqda "Al-Arabia" telekanalı iyulun 10-da məlumat yayıb.

İnformasiyaya görə, onların günahı öz şəhərlərinin şərəfini qorumaq üçün yarışlarda iştirak etmələri olub.

Məlumata əsasən, terrorçular 4 gənci Rakkada insanların çox olduğu meydanda, əhalinin gözü qarşısında öldürüblər.

Qeyd edək ki, terrorçu İŞİD qruplaşmasının Rakkanı özünün "paytaxtı" elan edib. Onlar idmanın bütün növlərini, cümlədən futbolu yasaqlayıblar.

Rakka şəhəri 3 ilə yaxındır terrorçuların nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi