​İŞİD qədim Palmira şəhərini ələ keçirib

​İŞİD qədim Palmira şəhərini ələ keçirib Şəhərin bütün sakinləri təxliyə edilib
Digər ölkələr
21 May , 2015 00:59
​İŞİD qədim Palmira şəhərini ələ keçirib

Bakı. 21 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın qədim Palmira şəhərini ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzsrə Müşahidə Şurasına istinadən "Reuters" məlumat yayıb.

Monitorinq qrupu qeyd edib ki, silahlılar demək olar ki, bütün şəhəri ələ keçiriblər. Şəhərin ətrafında döyüşən Suriya Ordusu nümayəndələrinin taleyi barədə məlumat yoxdur.

Palmiranın bütün sakinləri təxliyə edilib. Bundan əlavə, YUNESKO terrorçuların hücumundan öncə yüzlərlə heykəlin təhlükəsiz yerə köçürüldüyünü xəbər verib.

Son xəbərlər

Orphus sistemi