Bakı. 6 mart. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Mosul şəhərində Osmanlı imperatorluğu dövründən qalma məscidi partladaraq məhv ediblər.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Mosulun qərbində yerləşən Hema Kado məscidi Osmanlı dövründə tikilib.
Məscidin içində bir türbə də olub. İnsanlar həftənin cümə axşamı və cümə günləri həmin türbəni ziyarət edirmiş.