​İŞİD kürd jurnalisti azad edib

​İŞİD kürd jurnalisti azad edib Məsud Akil ötən il dekabrın ortalarında girov götürülmüşdü
Digər ölkələr
24 Sentyabr , 2015 01:43
​İŞİD kürd jurnalisti azad edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının silahlıları Suriyada girov götürülən kürd jurnalisti azad ediblər.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"O, gecəni Əl-Yaarubiyə (Suriya-İraq sərhədi) nəzarət-buraxılış məntəqəsində kürd silahlılarının mühafizəsi altında keçirib və hazırda Qamışlı şəhərinə qayıdıb", - deyə məlumatda bildirilir.

Akil həmkarı Fərhad Hama ilə ötən il dekabrın ortalarında girov götürülüb. Onun həmkarının aqibəti barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi