​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 11 zərbə endirib

​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 11 zərbə endirib Bombardımançılar qruplaşmanın mövqelərini dağıdıb, dörd yaraqlısını məhv ediblər
Digər ölkələr
14 Yanvar , 2015 00:45
​Koalisiya qüvvələri İŞİD-in mövqelərinə 11 zərbə endirib

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-terror koalisiyası qoşunları ötən sutka ərzində İraq və Suriya ərazilərində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə havadan zərbə endiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Amerika hərbi idarəsinin hesabatına görə, bombardımançılar bir sıra rayonlarda terrorçuların mövqelərini dağıdıblar və dörd yaraqlını öldürüblər. Zərbələrin 4-ü Suriya, qalan 7-si isə İraqa endirilib.

Son xəbərlər

Orphus sistemi