Bakı. 23 iyul. REPORT.AZ/ "İslam Dövləti" terror təşkilatı (İŞİD) Kabildə baş verən partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Partlayış Kabilin Dehmazanq rayonunda, insanların elektrik xəttlərinin tikintisi layihəsinə qarşı etiraz etmək üçün küçələrə çıxdığı zaman baş verib. Hadisə nəticəsində 61 nəfər həlak olub, 160-a yaxın insan yaralanıb.