Bakı. 28 İyun. REPORT.AZ/ Mosulda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının tanınmış liderlərindən olan Əbdullah Məhəmməd Xorani məhv edilib.
"Report" xəbər verir ki, bu barədə İraq televiziyasına istinadən RİA "Novosti" məlumat yayıb.
Xorani beynəlxalq koalisiyanın endirdiyi aviazərbələr nəticəsində ölüb, onunla bərabər daha 10 İŞİD silahlısı zərərsizləşdirilib.