İŞİD-in ​İraqda hərbi məntəqəyə hücumu nəticəsində 60 hərbçi həlak olub

İŞİD-in ​İraqda hərbi məntəqəyə hücumu nəticəsində 60 hərbçi həlak olub Hücum nəticəsində 30 hərbi-nəqliyyat vasitəsi sıradan çıxıb
Digər ölkələr
17 May , 2016 13:52
İŞİD-in ​İraqda hərbi məntəqəyə hücumu nəticəsində 60 hərbçi həlak olub

Bakı. 17 may. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının minalanmış 11 avtomobillə İraqın Anbar əyalətində ordu məntəqəsinə hücumu nəticəsində 60 əsgər həlak olub, 150-dən çoxu yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Al Jazeera " telekanalı məlumat yayıb.

Xəbərə görə, minalanmış avtomobilləri terrorçu-kamikadzelər idarə edib.

Hadisə Bağdaddan 70 km aralı, Rumeyle bölgəsində baş verib. İnformasiyaya əsasən, hücum nəticəsində 30 hərbi-nəqliyyat vasitəsi sıradan çıxıb.

Qeyd edək ki, bu terror hücumu Mosul şəhərinin İŞİD-dən azad ediləcəyi ilə bağlı keçiriləcək əməliyyata hazırlıq fonunda törədilib.  

Son xəbərlər

Orphus sistemi