​İŞİD-in Əl-Fəllucadakı lideri aviazərbələr nəticəsində öldürülüb

​İŞİD-in Əl-Fəllucadakı lideri aviazərbələr nəticəsində öldürülüb Bu, kəşfiyyat məlumatları sayəsində mümkün olub
Digər ölkələr
28 May , 2016 01:53
​İŞİD-in Əl-Fəllucadakı lideri aviazərbələr nəticəsində öldürülüb

Bakı. 28 may. REPORT.AZ/ İŞİD terror qruplaşmasının liderlərindən biri Mahir əl-Bilaui ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.

"Report" xəbər verir ki, bunu cümə günü keçirilən brifinqdə Amerikanın İraq və Suriyada əks-kəşfiyyat əməliyyatları komandanlığının nümayəndəsi polkovnik Stiv Uorren deyib.

"Biz onu iki gün əvvəl aviazərbə zamanı öldürdük", - deyə Uorren bildirib.

O qeyd edib ki, bu, əldə edilən kəşfiyyat məlumatları sayəsində mümkün olub.

"Əlbəttə k, bu, düşmənin döyüşü dayandırmasına təsir etməsə də, onlara zərbə oldu. Bu, inamsızlıq yaradır", - deyə polkovnik bildirib.

Son xəbərlər

Orphus sistemi