​İŞİD-in bir neçə lideri öldürülüb

​İŞİD-in bir neçə lideri öldürülüb Əbubəkir əl-Bağdadinin sağlıq durumundan xəbər yoxdur
Digər ölkələr
26 Fevral , 2015 15:54
​İŞİD-in bir neçə lideri öldürülüb

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ və koalisiya güclərinin İraq və Suriya sərhədindəki əl-Qaim qəsəbəsində İŞİD-in mövqelərinə havadan endirdiyi zərbələr nəticəsində terrorçuların rəhbərlərindən bir neçəsi ölüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin vaxt İŞİD lideri Əbubəkir əl-Bağdadi də bölgədə olub. Onun yaralanıb-yaralanmaması və ya sağ qalıb-qalmaması hələ bilinmir.

Xəbərdə bildirlib ki, koalisiya qüvvələrinin İŞİD-in işğalı altında olan beş bölgədə gerçəkləşdirdiyi əməliyyat nəticəsində isə 17 terrorçu öldürülüb, 29-u yaralanıb.

Son xəbərlər

Orphus sistemi