Bakı. 30 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) radikal terror qruplaşmasının yaraqlıları Liviyada iki tunisli jurnalisti edam ediblər.
"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Terrorçular 2014-cü ilin sentyabrında itkin düşən Sofyen Şurabi və Nadir Ktarinin öldüyü barədə məlumat yayıblar.
Lakin nə Liviya, nə də Tunis hakimiyyəti faktı hələ ki, rəsmi olaraq təsdiq etməyib.