​İŞİD İraqda tarixi arxeoloji muzeyi dağıdıb

​İŞİD İraqda tarixi arxeoloji muzeyi dağıdıb Həmin muzeydə Şumer mədəniyyətinə məxsus çoxlu sayda mədəni irs nümunələri olub
Digər ölkələr
26 Fevral , 2015 17:06
​İŞİD İraqda tarixi arxeoloji muzeyi dağıdıb

Bakı. 26 fevral. REPORT.AZ/ İŞİD İraqın Ninova əyalətində yerləşən Tarixi Arxeoloji Muzeydəki eksponatları dağıdıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əllərində çəkic, külüng, ling və elektrik mişarları və başqa dağıdıcı alətlər olan İŞİD terrorçuları muzeydəki Mesopotamiya ("İki çayın arası") bölgəsinə aid bütün tarixi abidələri, heykəlləri, daş kitabələri və tarixi-mədəni başqa əşyaları məhv ediblər.

Xatırladaq ki, türkmənlərin Mosul şəhəri də bu əyalətə aiddir. Bundan başqa, həmin muzeydə Şumer mədəniyyətinə məxsus çoxlu sayda mədəni irs nümunələrinin də olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi