Bakı. 23 mart. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərində yaşayan 16 yaşlı tələbə qız terrorçu İŞİD qruplaşmasına pul transferi etməkdə günahlandırılır.
"Report" BBC-yə istinadən xəbər verir ki, gənc qız "terroru maliyyələşdirməkdə" təqsirli bilinərək 25 ilədək həbs cəzası ala bilər.
Yerli media xəbər verir ki, adı açıqlanmayan tələbə qız Suriyadakı İŞİD-ə Western Union şirkəti vasitəsilə minlərcə dollar göndərib.