​İŞİD-ə qoşulmuş jurnalist Fransada planlaşdırılan terror haqqında sənədli film çəkib

​İŞİD-ə qoşulmuş jurnalist Fransada planlaşdırılan terror haqqında sənədli film çəkib Film bu gün Fransada nümayiş etdiriləcək
Digər ölkələr
2 May , 2016 06:55
​İŞİD-ə qoşulmuş jurnalist Fransada planlaşdırılan terror haqqında sənədli film çəkib

Bakı. 2 May. REPORT.AZ/ Fransız jurnalisti üç ay ərzində radikal islamçı birləşmələrin arasına girərək Fransada İŞİD adından planlaşdırdıqları terror aktını gizli kameraya çəkib.

"Report" xəbər verir ki, o, "Səid Ramzi" təxəllüsündən istifadə edərək "Allahın Əsgərləri" adlı sənədli filmin çəkilişi üçün araşdırma aparıb. Film bu gün Fransada nümayiş etdiriləcək.

"Mənim hədəfim onların düşüncələrində nələrin olduğunu anlamaq idi" - deyə o, "Franss Press" agentliyinə bildirib.

"Əsas bilgilərimdən biri ondan ibarətdir ki, onların hərəkətlərində heç vaxt İslam dininin əlamətləri müşahidə olunmurdu. Dünyanı yaxşılaşdırmağı arzu etmirdilər. Onlar yalnız intihara meylli, manipulyasiyaların təsirinə düşən cavan insanlardır", - deyə jurnalist qeyd edib.

"Rəmzi" bildirib ki, o, radikal silahlı birləşmələrə çox asan - sosial şəbəkə vasitəsilə qoşulub və bundan sonra daim terrorçuların düşərgəsində olub.  

Son xəbərlər

Orphus sistemi