İŞİD-ə qoşulmaqdan imtina edən jurnalisit qətlə yetirilib

İŞİD-ə qoşulmaqdan imtina edən jurnalisit qətlə yetirilib Əkrəm Süleymani :"Terrorçular daha 10 yerli jurnalisti girov saxlayırlar"
Digər ölkələr
20 May , 2015 12:11
İŞİD-ə qoşulmaqdan imtina edən jurnalisit qətlə yetirilib

Bakı. 20 may. REPORT.AZ/ İŞİD silahlıları İraqda qruplaşmaya qoşulmaqdan imtina edən jurnalisti qətlə yetiriblər. "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Qeyd olunub ki, Firas əl-Bəhri adlı təcrübəli jurnalisti terrorçular Mosulda öldürüblər.

"Onlar jurnalistdən terrorçulara beyət etməsini istəyiblər. O, bundan imtina etdiyi üçün əl-Bəhrini öldürüblər", - İraq Jurnalistlər Birliyinin Mosuldakı başçısı Əkrəm Süleyman bildirib.

Məlumata əsasən, terrorçular jurnalisti üç həftə girov saxlayıblar.

Ə.Süleymanın sözlərin görə, indiyədək İŞİD silahlıları onlara qoşulmayan Mosuldakı 7 jurnalisti qətlə yetiriblər: "Terroroçular daha10 yerli jurnalisti girovluqda saxlayırlar. Onların saxlanıldığı yer bəlli deyil".

Son xəbərlər

Orphus sistemi