​İŞİD-ə qarşı mübarizə uzana bilər

​İŞİD-ə qarşı mübarizə uzana bilər Kontr-admiral Con Kirbi bu qruplaşma üzərində qələbənin tarixi haqda dəqiq fikir söyləyə bilməyib
Digər ölkələr
31 Yanvar , 2015 09:59
​İŞİD-ə qarşı mübarizə uzana bilər

Bakı. 31 yanvar. REPORT.AZ/ Pentaqonun rəsmi təmsilçisi kontr-admiral Con Kirbi İŞİD üzərində qələbənin tarixi haqda dəqiq fikir söyləyə bilməyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, İŞİD-ə qarşı mübarizənin 5 ilədək uzanacağını ehtimal edib.

"Mən buna nə qədər vaxt sərf ediləcəyini deyə bilmərəm. Ola bilsin ki, buna 3-5 ilədək vaxt sərf olunsun", - o, vurğulayıb.

ABŞ Müdafiə Nazirliyinin təmsilçisi qeyd edib ki, İŞİD-ə qarşı mübarizənin əsasını ideologiya təşkil etməkdədir.

Son xəbərlər

Orphus sistemi