İŞİD daha bir ölkədə dəstələr yaradıb

İŞİD daha bir ölkədə dəstələr yaradıb Bölgədə özünü İŞİD-in nümayəndəsi adlandıran "Molla Əbdül Rauf" peyda olub
Digər ölkələr
13 Yanvar , 2015 16:40
İŞİD daha bir ölkədə dəstələr yaradıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Suriya, İraq və Liviyadan sonra İŞİD tərəfdarları Əfqanıstanda qruplaşmağa başlayıb.

"Report" "The Independent"ə istinadən xəbər verir ki, Əfqanıstan rəsmiləri bu terrorçu qruplaşmanın emissarlarının ölkənin cənubunda, Helmənd əyalətində fəaliyyət göstərdiyini təsdiqləyiblər.

Məlumata görə, onlar yerli "Taliban" hərəkatının yaraqlıları ilə qarşıdurmaya gedərək, döyüşçüləri öz sıralarına cəlb etməyə başlayıblar. Xəbərdə bildirilib ki, özünü İŞİD-in nümayəndəsi adlandıran "Molla Əbdül Rauf" bölgədə peyda olub. O, Əfqanıstanın cənubunda öz tərəfinə cəlb etdiyi adamlardan ibarət şəbəkə yaratmağa başlayıb. Məlumatda qeyd olunub ki, İŞİD-i təbliğ edənlərlə yerli əhali arasında qarşıdurma da yaranır.

Əfqanıstan rəsmiləri bildirib ki, Molla Rauf ABŞ-ın Quantonamodakı həbsxanasının keçmiş məhbusudur. Qəzetin yazdığına əsasən, o, "Taliban" hərəkatının komandirlərindən olub.

Bir neçə gün öncə onun Əfqanıstan və Pakistanda yaraqlıların İŞİD-ə sadiq qalacaqları ilə bağlı andiçmə mərasimini izləməsinə dair İnternetdə videoyazısı da yayımlanıb. 

Son xəbərlər

Orphus sistemi