Bakı. 12 Avqust. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması britaniyalı "cihadçılar"ı Suriyaya döyüşməyə gəlməkdənsə, Böyük Britaniya ərazisində terror aktları törətməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə "Vice News" nəşri yazıb.
Krallığın hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkədə artıq İŞİD-in ardıcılları var və onlar partlayışlar törədə bilərlər.