​İŞİD Bağdad məscidindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

​İŞİD Bağdad məscidindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb İki terror aktı nəticəsində 15 nəfər həyatını itirib
Digər ölkələr
26 Fevral , 2016 03:03
​İŞİD Bağdad məscidindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

Bakı. 26 fevral. REPORT.AZ/ İŞİD terrorçuları Bağdadda törədilən iki terror aktına görə məsuliyyəti öz üzərilərinə götürüblər.

"Report" xəbər verir ki, bu barədə "Guardian" qəzetinə istinadən RİA "Novosti" məlumat yayıb.

İkiqat terror aktı cümə axşamı terrorçu-kamikadze tərəfindən məsciddə törədilib. Nəticədə ən azı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Partlayışlar şiələrin üstünlük təşkil etdiyi Şulaa rayonunda baş verib.

Son xəbərlər

Orphus sistemi