İŞİD ​ABŞ-da sərgidəki atışmanın məsuliyyətini üzərinə götürüb

İŞİD ​ABŞ-da sərgidəki atışmanın məsuliyyətini üzərinə götürüb Polisin sözlərinə görə, atışma baş verəndə sərgidə iki yüzə yaxın adamın olub
Digər ölkələr
4 May , 2015 11:19
İŞİD ​ABŞ-da sərgidəki atışmanın məsuliyyətini üzərinə götürüb

Bakı. 4 may. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Harlend şəhərindəki Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgidə baş verən atışmanın məsuliyyətini İŞİD üzrəinə götürüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda "France-Presse" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sərgi keçirilən mərkəzin avtomobil dayanacağına iki nəfərin açdığı atəş nəticəsində iki nəfər ölüb, mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. Hadisədən sonra sərgi iştirakçıları mərkəzdən təxliyyə olunub.

Məlumatda bildirlib ki, atəş açanın şəxsiyyəti hələlik müəyyən ediliməyib.

Polisin sözlərinə görə, atışma baş verəndə sərgidə iki yüzə yaxın adam olub. 

Son xəbərlər

Orphus sistemi