İŞİD 300 iraqlını qətlə yetirib

İŞİD 300 iraqlını qətlə yetirib Terrorçular onları Suriya ərazisində öldürüb
Digər ölkələr
9 Aprel , 2015 20:12
İŞİD 300 iraqlını qətlə yetirib

Bakı. 9 aprel. REPORT.AZ/ "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları İraqın şimal-qərbində yaşayan 300 icma nümayəndəsini qətlə yetirib. 

"Report"un "TASS"a istinadən veriyi xəbərə görə, bu barədə ölkənin ən böyük icmalarından biri sayılan əl-Bunimar tayfasının rəhbəri məlumat verib. Onun sözlərinə görə, ekstremistlər 300 nəfəri əl-Bunimar tayfasını müdafiə etməkdə təqsirkar sayaraq qətlə yetirib. Qətllər Suriya ərazisində törədilib.

Qeyd edək ki, əsasən İraqın əl-Ənbar vilayətində yaşayan əl-Bunimar tayfası bu ilin əvvəlində tayfa nümayəndələrini öldürdüyünə görə İŞİD yaraqlılarına qarşı müharıbə elan edib və qana qanla cavab verəcəklərinə and içiblər.   

Son xəbərlər

Orphus sistemi