İrlandiyada nəhəng oyuncaq avtomobillərin hərəkətini iflic edib - FOTO

İrlandiyada nəhəng oyuncaq avtomobillərin hərəkətini iflic edib - FOTO Güclü külək 12 metrlik Minyonu yıxıb və şəhərdə yuvarladıb
Digər ölkələr
5 Avqust , 2015 07:34
İrlandiyada nəhəng oyuncaq avtomobillərin hərəkətini iflic edib - FOTO

Bakı. 4 avqust. REPORT.AZ/ İrlandiyanın Dublin şəhərində güclü külək 12 metrlik nəhəng oyuncağı yerə yıxıb. Bunun nəticəsində cizgi filminin qəhrəmanı Minyon yollardan birini tamamilə bağlayıb.

"Report"un "Podrobnosti"yə istinadən verdiyi xəbərə görə, göldə yaşayan cizgi filminin qəhrəmanının hamı tərəfindən sevilməsinə baxmayaraq, Minyonun "yıxılma"sı sürücülərin ürəyincə olmayıb. Doldurulmuş nəhəng oyuncaq yolu tamamilə bağlayıb və avtomobillərin hərəkətini iflic edib.

Nəticədə işə polis əməkdaşları müdaxilə edib və 15 dəqiqə çəkən xüsusi əməliyyatdan sonra nəhəng Kevin yolun hərəkət hissəsindən götürülüb.

Son xəbərlər

Orphus sistemi