​İraqın şimalındakı muxtar hökumət müstəqilliklə bağlı referenduma hazırlaşır

​İraqın şimalındakı muxtar hökumət müstəqilliklə bağlı referenduma hazırlaşır Məsud Bərzani bölgədəki siyasi partiyalarla danışıqlar aparacaq
Digər ölkələr
21 Dekabr , 2015 15:01
​İraqın şimalındakı muxtar hökumət müstəqilliklə bağlı referenduma hazırlaşır

Bakı. 21 dekabr. REPORT.AZ/ İraqın şimalındakı muxtar hökumət bölgənin müstəqilliyi ilə bağlı referendum keçirməyə hazırlaşır.

"Report" "al-Jazeera"yə istinadən xəbər verir ki, bu haqda muxtar bölgədəki hakim Kürdüstan Demokrat Partiyasının məsul şəxslərindən olan Aras Haso Mirxan bildirib.

Məlumata görə, partiyanın ötən gün keçirilən toplantısında hökumətin başçısı Məsud Bərzani məsələ ilə bağlı təlimat verib.

Xəbərdə bildirilib ki, o, bölgədəki siyasi partiyalarla danışıqlar aparacaq.

Qeyd edək ki, bu ilin mayında M.Bərzani ABŞ-a səfərində demişdi: "Nə zaman olacağını deyə bilmərəm, ancaq müstəqil Kürdüstan gəlir. Referendum keçirəcəyik. Ancaq indi İŞİD-ə qarşı mübarizə aparırıq. Ona görə də bunu təxirə saldıq".

Son xəbərlər

Orphus sistemi