İraqın şimalında İŞİD-in 40-dan çox silahlısı məhv edilib

İraqın şimalında İŞİD-in 40-dan çox silahlısı məhv edilib Əməliyyat ölkənin əsas inzibati mərkəzlərindən sayılan Səlahəddin əyalətindən şimalda yerləşən Tikrit şəhərində aparılıb
Digər ölkələr
4 İyun , 2015 20:41
İraqın şimalında İŞİD-in 40-dan çox silahlısı məhv edilib

Bakı. 4 iyun. REPORT.AZ/ İraqın şimalında İŞİD silahlı qruplaşmasının 40-dan çox yaraqlısı məhv edilib. "Report"un xəbərinə görə, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Xəbərdə bildirilir ki, İraq təhlükəsizlik qüvvələri könüllülərlə birlikdə ağır texnika quraşdırılmış 4 nəqliyyat vasitəsi və buldozeri, həmçinin 40-dan çox terrorçunu zərərsizləşdirib. Əməliyyat ölkənin əsas inzibati mərkəzlərindən sayılan Səlahəddin əyalətindən şimalda yerləşən Tikrit şəhərində aparılıb.  

Son xəbərlər

Orphus sistemi